"Binə" 2 futbolçu ilə gücləndi FOTOLAR

00:15 - 19 Sentyabr 2017

Birinci Divizion hazırlıqlarını davam etdirən "Binə" FK 2 futbolçunu birdən heyətinə cəlb edib. 


Sportal.az klubun rəsmi “feysbuk” səhifəsinə istinadən xəbər verir ki, bir neçə həftədir komandanın düşərgəsində olan Emin Cəfərquliyev və Kamil Hüseynov ilə qəsəbə təmsilçisi tərəfindən rəsmi müqavilə imzalanıb.

Yeni mövsümdən etibarən Emin Cəfərquliyev 24 nömrəli, Kamil Hüseynov isə 5 nömrəli forma altında "Binə"nin uğurları üçün çalışacaq.


Yeni transferlərin hər ikisi də ötən mövsüm "AZAL" PFK-nın heyətində çıxış etmişdir.

 

BİNƏ FK adlı şəxsin şəkli.

BİNƏ FK adlı şəxsin şəkli.

 

Xəbər xətti