Arazlı “Anortosis” liderliyə yüksəldi VİDEO

11:59 - 19 Sentyabr 2017

Kipr çempionatında 4-cü turun oyunları davam edir. 

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Araz Abdullayevin də formasını geyindiyi “Anortosis” səfərdə APOEL-lə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Famaqusta klubuna 30-cu dəqiqədə Viktor qələbə qazandıran qolu vurub.

 

Oyuna əsas heyətdə başlayan Araz 78 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, 4 oyundan sonra 10 xal toplayan “Anortosis” bir oyun artıq olmaqla turnir cədvəlinin zirvəsində qərarlaşıb.
 

Xəbər xətti