"AS" nəşri: Çempionlar Liqasının finalı Bakıda keçiriləcək

14:22 - 19 Sentyabr 2017

UEFA Çempionlar Liqasının 2018/2019-cu il mövsümü üçün finalı Bakıda baş tuta bilər.

 

Sportal.az xəbər verir ki,  İspaniyanın məşhur "AS" nəşri məlumat yayıb ki, final üçün Bakı Olimpiya Stadionu daha şanslıdır. Həmkarlarımızın bildirdiyinə görə, paytaxtımızda yerləşən arenaya rəqib olan “Vanda Metropolitano” stadionu UEFA-nın tələblərinə tam cavab vermir.  Yeni istifadəyə verilən stadionun VİP tutumu cəmi 7000 nəfərlik olduğu üçün az hesab olunur.

 

UEFA avrokubokların finalına ev sahibiliyi edəcək stadionların adlarını sentyabrın 21-i açıqlayacaq.

 

Bakı Olimpiya stadionunu 2018/2019 mövsümündə Avropa Liqasının finalına da namizədlər sırasındadır.

Xəbər xətti