Ziya oynadı, komandası mərhələ adladı

23:22 - 19 Sentyabr 2017

Futbol üzrə Hollandiya Kubokunda 1/32 mərhələsinin oyunları keçirilib.


Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da bu turnirin yeni mövsümündə ilk matçına çıxıb.


Sözügedən kollektiv səfərdə “Zvaluven”in qonağı olub. Futbolçumuzun komandası bu oyunda 3:2 hesablı çətin qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb.


Ziya da bu oyunun iştirakçısı olub. Baş məşqçi ona son yarım saatda şans verib. Milli komandamıza dəvət şansı qazanmayan futbolçu 70-ci dəqiqədə qapıçı ilə üz-üzə qalsa da, qol vura bilməyib.

 

Xəbər xətti