"Roma"nın futbolçusu: "Yuventus"a nifrət edirəm"

15:52 - 20 Sentyabr 2017

İtaliyanın "Roma" klubunun yarımmüdafiəçisi Raca Nainqqolan açıqlama verib.

 

Sportal.az xəbər verir ki, çoxlu təkliflər aldığını söyləyən belçikalı yarımmüdafiəçi "canavarlar"dan ayrılmaq barədə düşünmədiyini söyləyib:

 

"Transfer pəncərəsində çoxlu komandadan təklif aldım. Amma ayrılmağı düşünmədim. Bunu deməyə ehtiyac da yoxdu. Həyatımı dəyiyşməyə bir səbəb görmürəm. Çempionlar Liqasında "Atletiko" ilə oyunda Karrasko məndən "Niyə hələ də "Roma"dasan?" soruşdu. Mən də İtaliyanın paytaxtında yaşadığımı və hər şeyə sahib olduğumu ona dedim".

 

Belçikalı oyunçu A Seriyasında əsas rəqibləri olan "Yuventus" barədə sərt fikirlər səsləndirib:

 

"Barselona"ya 0:3 hesabı ilə uduzmaları çox pis oldu, amma ən yaxşı nəticələri budu. Daha sonra biz və "Napoli" də onlarla oynayacağıq. Mən düşündüyümü hər zaman deyirəm. "Yuventus" hakimlər tərəfindən idarə edilir. "Kalyari" ilə matçda geri düşdükdən sonra "Yuventus" üçün 2 penalti verildi. "Yuventus" məni narahat edir, onlara nifrət edirəm".

 

Qeyd edək ki, 29 yaşlı futbolçu 2014-cü ildən "Roma"da çıxış edir.

 

Əlavə edək ki, "Roma" Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Bakıda təmsilçimiz "Qarabağ"la qarşılaşacaq. Oyun sentyabrın 27-də, saat 20:00-da keçiriləcək.

Xəbər xətti