"Real"a iki şad xəbər

İspaniya La Liqasında mübarizə aparan "Real"ın "(Madrid) şərəfini qoruyan Kriştianu Ronaldo cəzasını başa vurub.


Sportal.az xəbər verir ki, portuqaliyalı ulduz 5 oyunluq ayrılıqdan sonra yenidən komandası ilə birlikdə matça çıxa biləcək.
 
Belə ki, İspaniya Super Kubokunun ilk oyununda matçın baş hakimini itələdiyi üçün 5 oyunluq cəzaya məruz qalan futbolçu nəhayət bu gün oynanılacaq “Betis”lə görüşün iştirak ərizəsinə daxil edilib.
 
“Levante” ilə qarşılaşmada cəzalanan "kral klubu"nun digər oyunçusu Marselo da artıq komandaya qayıdıb.
 
Qeyd edək ki, “Real” – “Betis” oyunu bu gecə saat 00:00-da start götürəcək.

 

Tarix: 20 Sentyabr [20:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2017
18  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio