Mövsümün 50-ci qolu vuruldu

Topaz Premyer Liqasında mövsümün 50-ci qolu vurulub. Bu, VI turun “Qarabağ” – “Sumqayıt” oyununa təsadüf edib.

 

Sportal.az xəbər verir ki, matçın 65-ci dəqiqəsində hesabı 3:1-ə çatdıran Mahir Mədətov mövsümün yubiley topunun müəllifi olub. 50-ci qol çempionatın 20-ci qarşılaşmasına təsadüf edib.

 

Maraqlıdır ki, mövsümün ilk qolunun da müəllifi Mahir olub. Avqustun 11-də “Neftçi” ilə səfər oyununun 15-ci dəqiqəsində fərqlənən Mədətov 42 gündən sonra 50-ci qola imza atıb. Ümumilikdə isə 6 turun 23 oyununda 57 qol vurulub. Orta məhsuldarlıq 2,48-ə bərabərdir.

 

Qeyd edək ki, bu qarşılaşmada 4:1 hesabı ilə qalib gələn mövsümün startından 5-ci, ümumilikdə isə 8-ci çempionat qələbəsini qazanıb.

Tarix: 25 Sentyabr [12:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2017
13  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio