Fərid Nəbiyev məhsuldar ötürmə ilə yadda qaldı

01:02 - 26 Sentyabr 2017

Çexiya gənclər liqasında IX turun oyunları keçirilir. 

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya"nın 21 yaşlılardan ibarət komandası öz meydanında "Teplitse"ni qəbul edib. 

 

Matç Fəridin komandası üçün uğursuz alınıb. Belə ki, qonaqlar 4:1 hesablı qələbə qazanıb. 

 

Fərid 72-ci dəqiqədə oyuna daxil olsa da, komandasının yeganə qolunun vurulmasında pay sahibi olub. Məhz Nəbiyevin ötürməsindən sonra “Slaviya” təsəlli qoluna imza atıb. 

Xəbər xətti