"Sumqayıt" "Səbail"lə oyuna ciddi itki ilə çıxacaq

14:48 - 26 Sentyabr 2017

Topaz Premyer Liqasının 6-cı turunda “Qarabağ”la keçirilən oyundan sonra 2 günlük istirahətə buraxılan “Sumqayıt” məşq prosesini bərpa edib. 

 

Sportal.az xəbər verir ki, “Səbail”lə oyunun hazırlıqlarına start verən Samir Abasovun komandası dünən “Kapital Bank Arena”da məşqə çıxıb. “Qarabağ”la oyunda zədələnən Cavid İmamverdiyev məşq prosesində iştirak etməyib. İmamverdiyev Topaz Premyer Liqasının 7-ci turunda "Səbail"ə qarşı oyunda iştirak etməyəcək.

 

Qeyd edək ki, “Səbail” – “Sumqayıt” qarşılaşması 30 sentyabr tarixində keçiriləcək.

Xəbər xətti