Qurban Qurbanov mükafatlandırıldı FOTO

17:58 - 26 Sentyabr 2017

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırlıb.

 

Sportal.az xəbər verir ki,45 yaşlı mütəxəssis Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində İtaliya təmsilçisi "Roma" ilə oyundan öncə təşkil edilən mətbuat konfransında təltif edilib.

 

İtaliya - Azərbaycan Dostluq Dərnəyinin rəhbəri Dündar Keşaplı qurum adından xüsusi mükafatı Qurban Qurbanova verib.

 

Qeyd edək ki, tanınmış türkiyəli jurnalist olan D.Keşaplı İtaliyada fəaliyyət göstərir.

Qurban Qurbanov mükafatlandırıldı

Xəbər xətti