UEFA Gənclər Liqası: "Qarabağ" - "Roma" matçı canlı yayımlanacaq

21:23 - 26 Sentyabr 2017

Sabah Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" Bakı Olimpiya Stadionunda İtaliyanın "Roma" klubu ilə üz-üzə gələcək.

 
Sportal.az xəbər verir ki, saat 20:00-da start götürəcək bu qarşılaşmadan öncə isə sözügedən klubların U-19 komandaları münasibətlərinə aydınlıq gətirəcək.


UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək matç "CBC Sport"la canlı yayımlanacaq. "Azersun Arena"da təşkil olunacaq görüş saat 14:00-da başlanacaq.


"Qarabağ" U-19 komandası ilk oyununda səfərdə "Çelsi"li həmyaşıdlarına 0:5 hesabı ilə uduzmuşdu.

 

Xəbər xətti