Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu

18:02 - 29 Sentyabr 2017

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb. 

 

Sportal.az xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, Madrid "Real"ın hücumçusu Kriştiano Ronaldo ən yaxşı oyunçu seçilib.
 
O, səslərin 35 faizini toplayıb. Neymar (PSJ) 2-ci, Harri Keyn  ("Tottenhem") 3-cü olub.

 

Qeyd edək ki, Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Borussiya" ilə oyunda (3:1) dubl edib. 

Xəbər xətti