Simeone: "Qrizman olmayanda yaxşı oyanaya bilmərik"

23:20 - 2 Oktyabr 2017

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparan İspaniyanın “Atletiko” (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone komandanın son dönəmdəki çıxışından danışıb.


Sportal.az xəbər verir ki, Çempionlar Liqasının 2-ci turunda öz evində “Çelsi”yə uduzan (1:2) və daha sonra La Liqanın 7-ci turunda “Leqanes”lə heç-heçə edən (0:0) Madrid təmsilçisinin çalışıdırıcısı komandaya xəbərdarlıq edib.


Argentinalı mütəxəssis Qrizman olmadan da komandanın qalib gəlməsinin lazım olduğunu deyib: “Qrizman möhtəşəm oyunçudu. Bizə meydanda çox kömək edir və hücumdakı problemləri həll edir. Lakin bizə pis bir vərdiş qazandırdı. O olmadan hücumda yaxşı oyanaya bilmirik. Daha yaxşı oynamaq istəyiriksə, bu problemi komanda olaraq həll etməliyik”.


Hücum mövqeyindəki məsuliyyətin yalnızca Qrizmana yüklənməsinin doğru olmadığını deyən Simeone: “Hücumdakı problemi komanda olaraq həll etməliyik. Bu məsuliyyəti yalnızca Qrizmanın üzərinə yükləməli deyilik. Hücumdakı digər komanda yoldaşları da ona daha yaxşı epizodlar qazanmaq üçün kömək etməlidilər”.

 

Xəbər xətti