I DİVİZİON: Mövsümün ilk turuna yekun vuruldu

17:41 - 4 Oktyabr 2017

Futbol üzrə Azərbaycan I Divizionunda 2017/2018-ci il mövsümünün ilk turuna yekun vurulub.

 

Sportal.az xəbər verir ki, bu gün turun 3 qarşılaşması baş tutub.

 

"Turan TOvuz" doğma meydanda "Şüvəlan"ı, "Sabah" "Binə"ni, "Qaradağ Lökbatan" isə səfərdə MOİK-i minimal hesabla məğlub edib.

 

I Divizion, 1-ci tur

 

"Turan Tovuz"- "Şüvəlan" 1:0

QOL: Qaraxan Əliyev, 89 (ö.q.)

 

"Sabah" - "Binə" 1:0

QOL: Məhəmməd Alıyev, 30

 

MOİK - "Qaradağ Lökbatan" 0:1

QOL: Coşqun Süleymanov, 55

Xəbər xətti