"Real" qapıçı axtarışında

20:41 - 5 Oktyabr 2017

İspaniya La Liqasında mübarizə aparan “Real”ın (Madrid) prezidenti Florentino Peres yeni qapıçı transfer etmək istəyir.


Sportal.az xarici mətbuata istinadən xəbər verir ki, PSJ “kral klubu”nun qolkiperi Keylor Navas üçün şifahi təklif göndərib.


Madrid təmsilçisinin prezidenti isə kosta-rikalı “çərçivə qoruyucusu”nu Paris təmsilçisnə göndərmək niyyətindədir.


Bildirilir ki, “Real” qapıçı transferi üçün 3 namizəd müəyyən edib. Siyahının ilk sırasında “Mançester Yunayted”in qapıçısı David de Xeya, 2-ci sırda “Çelsi”nin qolkiperi Tibo Kurtua və 3-cü sırada isə “Atletiko”nun (Bilbao) şərəfini qoruyan Kepa Arrisabalaqa yer alır.


Xatırladaq ki, DÇ-2014-də göstərdiyi möhtəşəm çıxışdan sonra “Levante”dən 10 milyon avro qarşılığında “Real”a transfer olan Navas  108 oyuna 97 qol buraxıb və 38 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

 

Xəbər xətti