“Trabzonspor”da itki

00:17 - 10 Oktyabr 2017

Türkiyə super Liqasında mübarizə aparan “Trabzonspor” ciddi itki ilə üzləşib.


Sportal.az xəbər verir ki, Qara dəniz təmsilçisində zədəsi olan və fədakarlıq edərək zədəli halda meydana çıxan Burak Yılmaz Türkiyə - İslandiya matçında yenidən zədələnib.


Şiddətli ağrıları olan hücumçu milli komandanın düşərgəsindən ayrılıb və müalicə üçün Trabzona qayıdıb.
28 yaşlı oyunçunun həftəsonu Super Liqa çərçivəsində “Akhisarspor”a qarşı oynanılacaq qarşılaşmanı buraxmalı olacaq.


Xatırladaq ki, bu mövsüm Burak “Trabzonspor”un heyətində 6 matça 7 qol vurub.

 

Xəbər xətti