Emin Cəfərquliyev: "Futbolu atmaq istəyirdim" MÜSAHİBƏ

15:49 - 10 Oktyabr 2017

"Binə"nin müdafiəçisi Emin Cəfərquliyev Sportal.az-a müsahibə verib.

 

Təcrübəli futbolçunun müsahibəsini təqdim edirk: 

 

- İmişli səfərindən komanda 3 xalla qayıtdı. "Mil-Muğan"la oyun haqda fikirlərini bildirərdin...
- İmişliyə qələbə üçün getmişdik. Çox çətin olacağını da bilirdik. Oyun zamanı mübarizənin düşündüyümüzdən də çətin olduğunu gördük. Hesab 2-0 olsa da, oyun 5-0 hətta rəqibin xeyrinə, 4-2, 4-3 ola bilərdi. Onlar da qol vura bilərdilər. Müdafiədə etibarlı oynadıq, hücumda isə  düşən fürsətlərdən maksimum yararlandıq. Düşünürəm udmağa layiq idik. Hər iki kluba gözəl oyuna qədər minnətdaram. Demək olmazdı ki, 1-ci dəstənin oyunu gedirdi. Şəxsən bu oyunu mübarizəsinə görə TPL oyunlarından fərqləndirməzdim.

 

- Komananın hazırki durumu, növbəti matçın hazırlıqları necə gedir?
- Hazırlıqlar plan üzrə gedir. "Qaradağ Lökbatan"la oyuna qələbə üçün çıxacağıq. İnşallah alınar. 

 

- Səbaillə müqavilə bağlamışdın, sonra ordan ayrılıb "Binə"yə gəldin. Bunun səbəbi nə idi? "Binə"ni seçməyinin səbəbi nə oldu?
- "Səbail"də məni hərşey qane edirdi. Şəxsən mənin şəxsi problemlərim var idi. Ümumiyyətcə futbolu atmaq istəyirdim.  Binə komandasının təklifindən sonra yenidən futbola qayıtdım və oyunumu bərpa elədim. Komandada istər klubun şəraiti olsun, istər rəhbərlik tərəfdən, istər kollektiv tərəfdən, istərsə də digər amillər hər şey əladır. Bu gün olan budur. Gördüyümü deyirəm.

 

- Bir neçə il Premyer Liqada oynamısan. Bu il isə Divizionda. Premyer Liqa ilə Divizon arasında hansı fərqlər var?
- Ustalıq cəhərdən I Divizion Premyer Liqadan nisbətən geridə qalır.  Mübarizə aparmaq cəhətdən isə I Divizion üstündür. Yüksək dəstədə o qədər də mübarizə olmur. Burda isə daha çox güc sərf edib, mübarizə aparmalı olursan.

 

- "Binə"nin hədəfi nədir?
- Bildiyim qədər klub yüksək yerlər üçün mübarizə aparır. Komanda yeni yaranıb. Təbii ki, yüksəlişlər də olacaq, düşüşlər də.  Buna hazır olmaq lazımdır. Amma komandamıza baxırsan, çoxusu yüksək dəstə görən futbolçulardır. Kifayət qədər yaxşı futbolçularımız var. Yaxşı yerlər uğrunda mübarizə aparmaq olar.

 

- I Divizionda cəmi 10 komanda var. Komanda sayının az olması çempionata necə təsir edir?
- Yüksək dəstədə alışmışam, ildən ilə komandalar azalırdı. 16 komanda olan vaxtı oynayırdım. Oldu 14, 12, 10 və 8. Birinci dəstə yaxşıdır ki 10 komanda var. Amma komanda nə qədər çox olsa bir o qədər yaxşı olar. Yeni furbolçuların yetişməsində də klubların sayı önəm kəsb edir. Təbii ki, bizim üçün komandanın çox olması daha faydalıdır, bir var bir komanda ilə 3 dəfə oynayasan bir də var ayrı-ayrı komandalarla oynayasan. Amma təssüf ki, buna biz qərar vermirik.

 

- Kubokda rəqib "Kəpəz"di. Mərhələ keçmək şansını necə dəyərləndirirsən?
- Şəxsən mən şansları 50-50-ə qiymətləndirirəm. Biz  elə-belə komanda deyilik. Asan da heç kimə təslim olan deyilik. 1-ci turda "Sabah"a uduzduq, ammma oyuna baxan da görər ki, uduzulası oyun deyildi. Ən azı heç- heçə ola bilərdi. "Kəpəz"də də 1-ci dəstədən xeyli oyunçu oynayır. Rəqibimizə hörmətlə yanaşırıq. Rahat oyunumuzu oynasaq, qələbə qazanarıq. Mən şəxsən qələbə gözləyirəm.

Xəbər xətti