MOİK "Turan Tovuz"a, "Mil-Muğan" "Ağsu"ya qalib gəldi YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda 2017/18 mövsümünə start verilib.

 

Sportal.az xəbər verir ki, kubokun ilk, 1/16 final mərhələsində iki oyun keçirilib. İlk mərhələdə birinci divizion təmsilçiləri mübarizə aparıb.

 

“Ağsu” “Mil-Muğan”ı qəbul edib və 0:1 hesabl ilə uduzub. MOİK isə evdə “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəlib.

 

Xatırladaq ki, “Mil-Muğan” növbəti mərhələdə “Qəbələ” ilə, MOİK isə “İnter”lə qarşılaşacaq.

 

11 oktyabr

14:00 Ağsu - Mil-Muğan - 0:1

Qol: Vasif Mehrəliyev, 80

Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Nahid Əliyev, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Füzuli Nəcəfov
Ağsu. Şəhər stadionu

 

14:00 MOİK - Turan Tovuz - 2:1

Qollar: İsmayıl İbrahimli, 13, Qərib İbrahimov, 87 - Elnur Səmədov, 40
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, İsgəndər Əliyev, Alik Yunusov
AFFA nümayəndəsi: Rüfət Əliyev
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu

Tarix: 11 Oktyabr [15:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Dekabr 2017
16  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio