"Kəpəz" yeni transferini açıqladı

Milli komandamızın sabiq üzvü Məhəmməd Qurbanov "Kəpəz"də çıxış edəcək.

 

Sportal.az xəbər verir ki, bir müddətdir baxışda olan 25 yaşlı futbolçu  baş məşqçi Şahin Diniyevin etimadını doğruldub.
 
Klub rəhbərliyi ilə Qurbanov artıq müqavilə məsələsində razılığa gəlib. Hücumçu yeni komandası ilə bu mövsümün sonuna qədər müqavilə imzalayıb. O, “Kəpəz”də 24 nömrəli forma ilə çıxış edəcək.
 
Qeyd edək ki, əvvəllər “Sumqayıt” və “Neftçi”də oynamış Məhəmməd Qurbanov müxtəlif yaş qrupları üzrə Azərbaycan yığmalarında da oynayıb.

Tarix: 11 Oktyabr [16:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2017
13  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio