Robert Prosineçki Sloveniya yığmasında? - Lyublyanaya dəvət etdilər

Dekabrın 1-də milli komandamızla müqaviləsi başa çatacaq Robert Prosineçkinin yeni komandası müəyyənləşmək üzrədir.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Sloveniya yığmasını çalışdıra bilər. Sreçko Krataneçlə yolları ayıran federasiya Prosineçkini paytaxt Lyublyanaya görüş üçün dəvət ediblər. Federasiya millimiziin çalışdırıcısı ilə müqavilənin detallarını müzakirə edəcək.

 

Bir neçə gün öncə Sloveniya mətbuatı Prosineçkinin Sloveniya Futbol Federasiyasından 800 min avro illik maaş tələb etdiyini yazmışdı.

 

Xatırladaq ki, Prosineçki 2014-cü ildən yığmamızı çalışdırır. Onun rəhbərliyi altında millimiz DÇ-2018-in seçmə mərhələsində 10 oyuna 10 xal topladı.

Tarix: 11 Oktyabr [18:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2017
19  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio