Dmitri Nazarov: "10 xal üçün çoxlu tərif aldıq"

10:32 - 12 Oktyabr 2017

Milli komandamızın və Almaniyanın II Bundesliqasında çıxış edən "Aue" klubunun futbolçusu Dmitri Nazarov açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi millimizin DÇ-2018-in seçmə mərhələsi çıxışı barədə danışıb. Nazarov yığmamızın qrupda 10 xal yığmasına görə, tərifləndiklərini vurğulayıb:

 

"Biz böyük uğurlar əldə etmişik. Azərbaycan millisi heç vaxt seçmə mərhələlərdə 10 xal toplamayıb. Buna görə çoxlu tərif aldıq. Dünya çempionu Almaniyaya qarşı iki dəfə oynamaq sevindirici idi".

 

Nazarov II Bundesliqanın 10-cu turunda qarşılaşacaqları "Qröyter Fürt”lə səfər  görüşünədək zədəsini tam sağaldacağını və meydana çıxmağa hazır olacağını sözlərinə əlavə edib.

Xəbər xətti