Rauf Əliyev Albaniyada ilk qolunu vurdu

18:29 - 12 Oktyabr 2017

Albaniya çempionatında 5-ci turun oyunları keçirilir. 

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Rauf Əliyevin çıxış etdiyi  “Kukesi” səfərdə “Luşnya” ilə qarşılaşıb. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qollardan birini Rauf Əliyev vurub. Təcrübəli forvard 60-cı dəqiqədə fərqlənərək, Albaniya çempionatında qol hesabını açıb.
 

Qeyd edək ki, 5 turdan sonra aktivində 10 xal olan "Kukesi" turnur cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər xətti