Dadaşov Almaniyada növbəti qolunu vurdu

14:55 - 14 Oktyabr 2017

Almaniyanın Şimal-Şərq Regional Liqasında 11-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) səfərdə “Germaniya Halberstat”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 5:4.

 

Rüfət də bu oyunun iştirakçısı olub. Komandasının bir qolunu da məhz Dadaşov vurub. O, sabiq klubuna qarşı oyunun 62-ci dəqiqəsində hesabı 1:2 edib.

 

"Dinamo" hazırda 22 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti