Tural oynadı, komandası uduzdu

12:55 - 15 Oktyabr 2017

Futbol üzrə Makedoniya çempionatında 10-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geyindiyi “Pobeda” da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv səfərdə “Pelister”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. Tural da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb.

 

“Pobeda” geridə qalan turlarda 9 xal qazanıb və 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti