Saul Niqes: "Bütün fikrimizi "Qarabağ"la oyuna yönəltmişik"

15:35 - 16 Oktyabr 2017

"Çempionlar Liqası bizim üçün çox vacibdir. Xala ehtiyacımız var".

 

Sportal.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasında "Qarabağ"ın rəqibi olan Madrid "Atletiko"sunun futbolçusu Saul Niqes deyib. 

 

O, oktyabrın 18-də Ağdam klubu ilə Bakıdakı oyunda qalib gəlməli olduqlarını bildirib: "Bütün fikrimizi "Qarabağ"la oyuna yönəltmişik. Bakıdan 3 xalla dönməliyik. Bu çox zəruridir. "Barselona" ilə ağır oyundan sonra özümüzü ÇL-də də sübut etməliyik".

Xəbər xətti