Dəniz Yılmaz oynamadı, “Bursaspor” qalib gəldi

00:15 - 17 Oktyabr 2017

Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, əsas millimizin üzvü Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” doğma meydanda “Osmanlıspor”la üz-üzə gəlib və bu oyundan qələbə ilə ayrılıb - 3:1.

 

Dəniz bu görüşün iştirakçısı olmayıb. O, görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

"Bursaspor" geridə qalan turlarda topladığı 12 xalla 18 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti