Məşhur futbolçu millimizin sabiq üzvünün komanda yoldaşı oldu

00:27 - 17 Oktyabr 2017

Bir vaxtların tanınmış hücumçusu Trezor Lua-Lua karyerasını Şimali Kiprdə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, konqolu forvard burada  “Yeni Boğaziçi” klubunun şərəfini qoruyacaq. O, Azərbaycan milli komandasının sabiq üzvü Nodar Məmmədovun komanda yoldaşı olub.

 

Qeyd edək ki, 37 yaşlı Lua-Lua əvvələr “Nyukasl”, “Portsmut”, “Olimpiakos”, “Blekpul”, “Karabükspor” kimi klublarda çıxış edib.

Xəbər xətti