"Qarabağ" - "Atletiko" matçından sonra azarkeşlər üçün xüsusi avtobuslar ayrılacaq

16:35 - 18 Oktyabr 2017

"Qarabağ" bu gün Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda saat 20:00-da Bakı Olimpiya stadionunda İspaniyanın "Atletiko" klubunu qəbul edəcək. 

 

Sportal.az xəbər verir ki, oyundan sonra yaranacaq sıxlığın qarşısını almaq və azarkeşlərin gedəcəyi ünvanlara rahat şəkildə çatdırılması üçün klub Bakı şəhər Baş Polis İdarəsi və Bakı Nəqliyyat Agentliyi ilə danışıqlar aparmış və matçdan sonra azarkeşlər üçün xüsusi avtobus ayrılması haqda razılığa gəlib. Məlumatı “Qarabağ”ın saytı yayıb.

 

Matçdan sonra stadion ərazisində xüsusi avtobus dayanacaqlarında 20 Yanvar metrostansiyası, 28 May metrostansiyası və Qara Qarayev metrostansiyasına ödənişsiz olaraq azarkeşlər üçün xüsusi avtobuslar ayrılıb. Azarkeşlərdən rahat şəkildə dayanacaqları tapması üçün oyunda olan könüllülərdən məlumat almaları xahiş olunur.

Xəbər xətti