Almaniya Futbol Federasiyası millimizin üzvünə 3 oyunluq cəza verdi

12:59 - 24 Oktyabr 2017

Almaniya Futbol Federasiyasının İntizam Komitəsi "Ezgebirge"də çıxış edən millimizin üzvü Dmitri Nazarovu cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçiyə 3 oyunluq cəza verilib. Bundn əlavə Aue təmsilçisi Nazarovun hərəkətinə görə 3 min avro məbləğində cərimə olunub.

 

Qeyd edək ki, yığmamızın futbolçusu II Bundesliqanın 11-ci turunda "Yan Regensburq"la oyunun 20-ci dəqiqəsində topu bilərəkdən rəqib futbolçunun üzünə vurduğu üçün cəzaya məruz qalıb.

 

Klubun rəsmi saytına açıqlama verən D.Nazarov qərarla razılaşdığını bildirib: "Özümü bu cür aparmamalı idim. Kluba və komandama zərər vurdum. Ona görə də üzr istəyirəm”

 

Xəbər xətti