Robert Prosineçki: "Tezliklə qərar verəcəm"

13:56 - 25 Oktyabr 2017

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki açıqlama verib.

 

Sportal.az xəbər verir ki, dekabr ayında yığmamızla müqaviləsi başa çatacaq xorvat mütəxəssis daha ciddi çempionatlar haqqında düşündüyünü bildirib:

 

"Təkliflər haqqında hələ heç nə bilmirəm. Tezliklə qərar vecəcəm. Futbolda istək lazımdır. Mənim başqa heç bir sahəyə verəcəyim üstünlük yoxdur. Əvvəllər Azərbaycan millisində işləyəcəyimi düşünmürdüm. Amma indi daha ciddi çempionatlar haqqında fikirləşirəm”.

 

Qeyd edək ki, Prosineçki 2014-cü ilin dekabrından yığmamızı çalışdırır.

Xəbər xətti