AFFA-da iclas keçirildi

16:04 - 25 Oktyabr 2017

Bu gün AFFA-nın İnzibati binasında Lisenziyalaşdırma qrupunun Topaz Premyer Liqası və l Divizionda çıxış edən klub nümayəndələri üçün 2018-19-cu il Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda aşağıda qeyd olunmuş mövzuları haqqında ətraflı məlumat verilib:

 

- Paket sənədlərin, yeni (Buraxılış 2017) Lisenziyalaşdırma üzrə qaydaların təqdim olunması, qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat

 

- Ötən mövsümün icmalı

 

- Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqda məlumatı  

 

İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.

Xəbər xətti