Araz Abdullayevli “Anortosis” xal itirdi

00:11 - 26 Oktyabr 2017

Kipr çempionatında 9-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” doğma meydanda “Pafos”la qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Araz start heyətdə meydana çıxıb və 55-ci dəqiqədə əvəzlənib.

 

Geridə qalan turlarda 19 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi. Amma bu xal itkisi komandanın əsas rəqiblərindən olan Larnaka AEK-inin zirvəyə şərik olmasına səbəb olub.

Xəbər xətti