"Dinamo" "Yanq Boyz"a qalib gələrək mərhələ adladı VİDEO

02:00 - 3 Noyabr 2017

Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, B qrupunun lideri Kiyev "Dinamo"su səfərdə "Yanq Boyz"a 1:0 hesabı ilə qalib gələrək xallarının sayını 10-a yüksəldib. Bu nəticə ilə Ukrayna təmsilçisi 1/16 finala yüksəlib.

 

Qrupa 10 xalla "Dinamo" başçılıq edir. "Partizan" 5 xalla ikincidir. 3-cü pillədə olan "Yanq Boyz"un 3 xalı var. "Skenderbeu" 2 xalla qrup sonuncusudur.

 

“Yanq Boyz” (İsveçrə) - “Dinamo” (Ukrayna) - 0:1
Qol:
Buyalski, 70

 

 

Xəbər xətti