"Yuventus" sabiq "Qarabağ"lının komandasına çətinliklə qalib gəldi VİDEO

00:34 - 6 Noyabr 2017

İtaliya A Seriyasında 12-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Yuventus" evdə “Benevento”nu 2:1 hesabı ilə məğlub edib.

A Seriyasında turnir cədvəlinə 32 xalla "Roma" başçılıq edir. "Yuventus" 31 xalla 2-ci pillədə qərarlaşıb. "İnter" 30 xalla 3-cüdür. Bir oyun az keçirən "Latsio" 28 xal toplayıb və 4-cüdür. "Roma" da br oyun az keçirib və 27 xalla 5-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, “Benevento”nun heyətində 70 dəqiqə "qoca sinyora"ya qarşı oynayan Samuel Armenteros 2015-16 mövsümündə “Qarabağ”ın şərəfini qoruyub. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 32 oyunda 11 qola imza atmışdı.

 

“Yuventus” – “Benevento” - 2:1
Qollar:
İquain, 57, Kuadrado, 65 - Çiçiretti, 11

 

 

Xəbər xətti