Tural Hümbətov oynadı, "Pobeda" qələbə qazandı

11:16 - 6 Noyabr 2017


Futbol üzrə Makedoniya çempionatında 14-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geyindiyi “Pobeda” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Pandevin Akademiyası” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.

 

Tural da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Pobeda” geridə qalan turlarda 15 xal qazanıb və 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti