Mourinyo "Mançester Yunayted"i PSJ-yə dəyişir?

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo yayda klubdan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı Britaniya mətbuatı yayıb. Xəbərdə portuqaliyalı mütəxəssisin klub rəhbərliyi ilə fikir ayrılığı yaşadığı, buna görə, mövsümün sonunda mankunianları tərk edəcəyi qeyd edilib.

 

Mou yayda Nemanya Matiçin transferinin uzadılması ilə bağlı klub rəhbərliyi ilə fikir ayrılığı yaşamışdı. Portuqaliyalı mütəxəssis daha bir oyunçunu sərəncamında görmək istəsə də, rəhbərlik onun bu istəyini yerinə yetirməmişdi. 

 

Qeyd edək ki, Mourinyonun mövsümlərarası fasilədə “qırmızı şeytanlar”ı PSJ-yə dəyişəcəyi gözlənilir.

Tarix: 7 Noyabr [18:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2017
18  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio