"Yuventus"dan Əmrə Can açıqlaması

Mövsümün əvvəlində adı "Yuventus"la hallanan və qışda transferin reallaşacağı gözlənilən "Liverpul"un yarımmüdafiəçisi Əmrə Canla bağlı "qoca sinyora"nın idman direktoru Beppe Moratta açılama verib.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi açıqlamasında qışda heç bir oyunçunu transfer etməyəcəklərini açıqlayıb:

 

"Qışda heç bir oyunçunu transfer etməyəcəyik. Liqa və Çempionlar Liqası üçün heyətimiz kifayət qədər genişdir".

 

Əmrə Canın "Liverpul"la müqaviləsi mövsümün sonunda başa çatacaq.

 

Almaniya millisinin 23 yaşlı yarımmüdafiəçisi 2014-cü ildən "Liverpul"da çıxış edir.

Tarix: 8 Noyabr [18:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Noyabr 2017
24  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio