"Lion"un futbolçusu "Real"ın hədəfində

19:12 - 12 Noyabr 2017

Madrid "Real" "Lion"un hücumçusu Nabil Fekiri transfer etmək istəyir.

 

Sportal.az xəbər verir ki, bu barədə Fransanın "SFR Sport" nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, "kral klubu"nun baş məşqçisi Zinəddin Zidan 24 yaşlı futbolçunu sərəncamında görmək istəyir.

 

Əslində, Zidan Fekiri 2 il öncə verdiyi açıqlamada bəyəndiyini demişdi: "Fekirin oyunu məni çox cəlb edir. Möhtəşəm oynayır, gözəl istedadı var".

 

Fransa millisinin üzvü isə "Əgər Zidan məni "Real"a dəvət etsə, qaça-qaça gedərəm" demişdi.

 

Nabil Fekirin "Lion"la müqaviləsi 2020-ci ildə başa çatacaq. Bu mövsüm 15 oyuna 12 qol və 3 assistlik performans göstərən futbolçunun xidmətində "Mançester Yunayted"lə "Barselona"nın da maraqlı olduğu iddia edilir.

Xəbər xətti