“Qarabağ” – “Çelsi” oyununun bütün biletlər satıldı

15:57 - 16 Noyabr 2017

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ” evdə “Çelsi”ni qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, qarşılaşma üçün satışa çıxarılan biletlərin hamısı satılıb.

 

Qeyd edək ki, oyun noyabrın 22-də, saat 21:00-da keçiriləcək. MAtçın baş tutacağı Bakı Olimpiya Stadionu 69 min 870 azarkeş tutumuna malikdir.

 

Əlavə edək ki, oyunda azarkeşləri gözləyən xareoqrafiya sürprizi olacaq.

Xəbər xətti