Vüqar Əsgərov komandasının vacib qolunu vurdu

00:13 - 17 Noyabr 2017

Latviya çempionatının yüksək liqasına vəsiqə uğrunda ilk pley-off oyunu keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Olayne” doğma meydanda “Metta/LU” ilə qarşılaşıb. Latviya ikinci liqasında gümüş medalları qazanan futbolçumuzun komandası elitada sonuncu yeri tutmuş rəqibi ilə görüşdən heç-heçə ilə ayrılıb - 1:1.

 

Vüqar da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 88-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da Əsgərov vurub. 7-ci dəqiqədə rəqib hesabı açsa da, 21-ci dəqiqədə səhnəyə çıxan Vüqar bərabərlik qoluna imza atıb.

 

Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü noyabrın 20-də baş tutacaq. Cütün qalibi gələn mövsümdən elitada, məğlubu isə ikinci liqada mübarizə aparacaq.

Xəbər xətti