"Qarabağ" "Sumqayıt"a qalib gəldi YENİLƏNİB

20:32 - 17 Noyabr 2017

Bu gün Topaz Premyer Liqasında 12-ci tura start verilib. 

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə yalnız 1 görüş keçirilib. Turun açılış matçında lider “Qarabağ” “Sumqayıt”ı 2:0 hesabıyla məğlub edib. 

 

Bu, Bakı Olimpiya Stadionunda keçiriləcək ölkə çempionatının ilk oyunu kimi tarixə düşüb. 


Topaz Premyer Liqası, 12-ci tur

 

18:30. “Qarabağ” - “Sumqayıt” - 2:0

Qollar: Riçard Almeyda, 41, Dino Ndlovu, 65

Qırmızı vərəqə: İbrahim Şehiç, 30 ("Qarabağ")
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
Bakı Olimpiya Stadionu

Xəbər xətti