Dəniz Yılmaz izlədi, "Bursaspor" heç-heçə etdi

18:50 - 18 Noyabr 2017

Türkiyə Super Liqasında 12-ci turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" doğma meydanda "Göztəpə"ni qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

 

Millimizin üzvü bu matçda meydana çıxmayıb. O, sonadək ehtiyat oyunçular skamyasında əyləşib.

 

Qeyd edək ki, 12 turdan sonra aktivində 18 xal olan "Bursaspor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər xətti