Stiven Monroz: "Daha çox çalışıram ki, heyətə düşüm" MÜSAHİBƏ

“Qəbələ” Topaz Premyer Liqasının 12-ci turunda səfərdə “Neftçi”yə 3:2 hesabı ilə qalib gəlib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra “Qəbələ”nin hücumçusu StivenJozef Monroz jurnalistlərə müsahibə verib. Oyunda komandasının 3-cü qolunu vuran fransalı oyunçu matçla bağlı fikirlərini bölüşüb: 
 
 
- Əla oyun oldu. “Neftçi” yaxşı komandadır. Rəqibin ardıcıl qələbələri var idi. Biz daha yaxşı çıxış etdik və qalib gəldim. Artıq inanıram ki, əsas heyətdə oynaya biləcəm.
 
- Zədən nə yerdədir?
- Ötən turun son 15 dəqiqəsində zədə aldım. Fasilə dönəmində çox çalışdım. Ötən həftə zədəm keçdi. Daha çox çalışıram ki, heyətə düşüm.
 
- Vurduğun gözəl qolu şərh edərdin…
- Arxamda iki nəfər var idi. Daha sonra 1 nəfər qarşıma keçdi. Onlardan yayındım, qapını dəqiq nişan aldım və toru silkələdim. Bu qolu hesab 2:2 olarkən vurdum. Bu, daha əla oldu. Çünki komandanın qələbə qolunun müəllifi oldum.
 
- Çempionatda 2 aylıq fasilə yaranacaq. Bu komandaya necə təsir edəcək?
- Ailəmlə görüşmək istəyirəm. Onlara vaxt ayırmaq fikrim var. Darıxmışam.
Tarix: 19 Noyabr [20:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2017
12  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio