Dino Ndlovu: "Təzyiq altında "Çelsi" olmalıdır"

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda sabah “Çelsi”ni qəbul edəcək “Qarabağ”ın hücumçusu Dino Ndlovu oyunöncəsi mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, cənubi afrikalı hücumçu oyunun vacibliyinin fərqində olduqlarını deyib:

 

- Komandada hər kəs bu oyunun vacibliyini bilir. “Çelsi”yə çox böyük hörmətimiz var. Lakin ilk oyundakı nəticə “Qarabağ”ın real gücünü əks etdirmir. Sabah sona kimi mübarizə aparacağıq. 

 

- Komandanın Avroliqaya çıxmaq şansı var. Bu, komanda üzərində əlavə təzyiq yaratmır ki?

- Hər zaman növbəti oyuna köklənirik. Digər oyun barədə düşünmürük. Rəqib favoritdi. Buna görə, təzyiq altında onlar olmalıdılar. 3-cülük şansımız varsa, bunun üçün sonadək mübarizə aparacağıq. Yoxdusa, növbəti mövsümə köklənəcəyik. 

 

- Premyer Liqada yaxşı oyununuzla seçilirsiz. Olimpiya stadionunda keçirilən son çempionat oyununda da gözəl qola imza atdız. Bu amil sizə “Çelsi” ilə oyunöncəsi əlavə motivasiya verir?

- Qol önəmli deyil. Əsas komandana kömək edə bilməkdi. Bunu komandada hamı bilir. Bütün komanda da bunun üçün mübarizə aparır.

Tarix: 21 Noyabr [14:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2017
12  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio