Millimiz Türkiyəyə uduzdu

17:46 - 23 Noyabr 2017

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyədə təşkil olunmuş beynəlxalq turnirdə - “Mercedes Benz” Egey kubokunda bu gün üçüncü oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, komandamız Türkiyə ilə qarşılaşıb və 0:6 hesabı ilə uduzub.

 

Qeyd edək ki, millimiz bundan əvvəl Albaniyaya 1:0 hesabı ilə qalib gəlib, Kosovoya 0:2 hesabı ilə məğlub olub.

Xəbər xətti