"Keşlə" "Neftçi"yə qalib gəldi

19:12 - 23 Noyabr 2017

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında VII turdan təxirə salınmış oyun keçirilib.
 
Sportal.az saytının məlumatına görə, günün yeganə qarşılaşmasında “Keşlə” və “Neftçi” üz-üzə gəlib. Paytaxt təmsilçilərinin dueli meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Hər hissədə 1 qol vuran “Keşlə” hesabına 3 xal yazıb.
 
Əvəzedicilərin çempionatı
XII tur
 
"Keşlə" - "Neftçi"" – 2:0
Qollar: Emil Əliyev, 38; Murad Qayalı, 66
 
1. Qəbələ 12 10 1 1 44-8 31
2. Zirə 12 6 3 3 18-17 21
3. Səbail 12 6 3 3 20-16 21
4. Keşlə 12 4 6 2 20-17 18
5. Neftçi 12 4 2 6 10-17 14
6. Qarabağ 12 3 2 7 11-20 11
7. Sumqayıt 12 2 3 7 12-29 9
8. Kəpəz 12 1 4 7 8-19 7

Xəbər xətti