Kamran Ağayevi geri dönməyinə peşman etdilər: 4 qola üzüldü

00:19 - 25 Noyabr 2017

Çexiya çempionatında 15-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” səfərdə Praqa “Dukla”sı ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4.

 

Kamran da bu görüşün iştirakçısı olub. Qırmızı vərəqə aldığı üçün ötən tur meydana çıxmayan futbolçumuz bu görüşdə ilk dəqiqələrdən sonadək meydanda olub və 4 qola üzülüb.

 

Geridə qalan turlarda 17 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti