Tərlan Əhmədov: "Hücum xəttini mükəmməl etməliyik" MÜSAHİBƏ

19:24 - 25 Noyabr 2017

 “Komandamızı qələbə münasibəti ilə təbrik edirəm”.

 

Sportal.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib. “Ağ-qaralar” Topaz Premyer Liqasının XIII turunda öz meydanına “Keşlə”ni 3:1 hesabı ilə məğlub edib.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bilirib: “Hücumda maksimum yaxşı oynamağa çalışsaq da, hələ də çatışmazlıqlar var. Oyunmuz xoşuma gəlməsə də, nəticədən razıyam”.

 

- İqnasio əvəzlənən zaman xoşagəlməz hərəkət etdi və çox əsəbləşdiniz.

- Meydanda rəqibə hörmətlə yanaşmaq lazımdı. Hesabda öndə olsaq da, arxayınlaşmamalıyıq. İqnasionu ona görə dəyişdim ki, digər futbolçulara da dərs olsun.

 

- Matçın sonunda Seqovia ilə danışdınız. Maraqlıdı, ona nə dediniz?

- Dedim ki, növbəti oyunlarda ona şans verəcəyəm. Seqovia başa düşdü və mənə təşəkkürünü bildirdi.

 

- “Neftçi” qol epizodlarını sağa-sola xərcləyir. Bununla bağlı tədbir görmüsünüz?

- Bütün fikrimiz hücumla bağlıdı. Hücum xəttini mükəmməl etməliyik. Futbolda yaradılan bütün qol imkanlarından da istifadə etmək mümkün deyil. Gələcək üçün başqa planlarımız var. Komandaya yeni nəfəslər cəlb olunandan sonra daha çox bu məsələ haqda düşünəcik. Bundan başqa, müdafiə də məni çox düşündürür. Son oyunlarda çox qol braxırıq. 

Xəbər xətti