"Fənərbaxça" hücumçusunu itirdi

11:20 - 27 Noyabr 2017

"Fənərbaxça"nın heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul nəhənginin ispan hücumçusu Roberto Soldado sıradan çıxıb. 

 

Türkiyə Super Liqasının 13-cü turu çərçivəsində keçirilən "Antalyaspor" - "Fənərbaxça" matçının (0:1) 67-ci dəqiqəsində meydana daxil olan 32 yaşlı forvard cəmi 7 dəqiqəmeydanda qala bilib. 75-ci dəqiqədə zədələnən Soldado oyunu davam etdirə bilməyib.

 

İspaniya millisinin durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Xəbər xətti