Nazarovun oynadığı matçda komandası darmadağın oldu

13:25 - 4 Dekabr 2017

Almaniya ikinci Bundesliqasında 16-cı turun oyunları keçirilir. 

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” səfərdə “Dinamo Drezden”in qonağı olub. 

 

Nazarovun 90 dəqiqə meydanda olduğu matç komandasının 0:4 hesablı darmadağı ilə yadda qalıb. 

 

Qeyd edək ki, bu yenilgidən sonra əvvəlki kimi 19 xalda qalan “Aue” 14-cü pillədə qərarlaşıb. 

Xəbər xətti